çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Lionel Messi... məhkum edilməyəcək

06.07.2016 23:40 Oxundu 1898

İspaniyada məhkəmə “Barselona” klubunun argentinalı ulduz futbolçusu Lionel Messini və atası Xorge Messini vergidən yayındıqları üçün 21 aylıq həbs cəzasına məhkum edib. Ölkə qanunlarına görə, Lionel Messi iki ildən az müddətə həbs cəzası aldığı üçün məhkum edilməyəcək.

Qeyd edək ki, məşhur futbolçunun və atasının vergidən yayınmaları ilə əlaqədar məhkəmə prosesi xeyli vaxtdır davam edirdi.