çərşənbə, 29 aprel 2026

DÜNYA FUTBOLU

UEFA “Karabükspor”u avrokuboklardan diskvalifikasiya edib

17.02.2017 17:37 Oxundu 1564

Türkiyə klubu “Karabükspor” UEFA tərəfindən sərt cəzaya məruz qalıb. Qitə futbol qurumu Superliqa təmsilçisini avrokuboklardan diskvalifikasiya edib. Buna səbəb karabüklülərin Maliyyə Feyr-Pleyinin tələblərinə cavab verməməsidi. Bir müddətdi “Karabükspor”la bağlı araşdırma aparan UEFA yekunda bu klubun 2 il beynəlxalq arenadan kənarlaşdırılmasını qərara alıb. “Karabükspor” 2016-17 və 2017-18 mövsümlərində avrokuboklara vəsiqə əldə edə bilsə, orda iştirak edə bilməyəcək.

Klub rəhbərliyinin İdman Arbitraj Məhkəməsinə müraciət etməsi üçün 10 gün vaxtı var.