cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

“Kəpəz” “Neftçi”nin qonağı olacaq

18.02.2017 09:06 Oxundu 1908

Bu gün Topaz Premyer Liqada 19-cu tura start veriləcək. İlk oyun gününə iki görüş nəzərdə tutulub. “İnter” öz meydanında “Zirə”ni qəbul edəcək. Günün ikinci oyununda isə “Kəpəz” əzəli rəqiblərindən olan “Neftçi”nin qonağı olacaq. Turnir cədvələinin qonşu pillələrində olan bu komandaların oyunu maraqla gözlənilir.

Qeyd edək ki, turun digər iki qarşılaması isə sabah keçiriləcək.

18 fevral (şənbə)

15:30.“İnter” – “Zirə”
Hakimlər:
Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena"

18:00.“Neftçi” – “Kəpəz”
Hakimlər:
Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu

19 fevral (bazar)

15:30.“Sumqayıt” – AZAL
Hakimlər:
Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
"Kapita Bank Arena"

17:30.“Qəbələ” – “Qarabağ”
Hakimlər:
Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu



N Klublar O Q H M T-F X
1 Qarabağ 18 13 3 2 32-8 42
2 Qəbələ 18 11 6 1 36-10 39
3 İnter 18 8 8 2 29-18 32
4 Sumqayıt 18 5 7 6 19-23 22
5 Zirə 18 6 4 8 16-20 22
6 Neftçi 18 5 1 12 14-33 16
7 Kəpəz 18 3 6 9 12-22 15
8 AZAL 18 1 5 12 8-32 8

Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 10 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol