cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

“Kəpəz”in heyətində itki yoxdur

18.02.2017 09:17 Oxundu 1853

Topaz Premyer Liqasının XIX turunda “Neftçi”nin qonağı olacaq “Kəpəz” keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlığını başa vurub. “Sarı-göylər”in oyun öncəsi son məşqinin görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulsa da, məlum hava şəraiti buna mane olub. Belə ki, ölkənin hər yerinə yağan qardan sonra meydan “ağ örpəyə” bürünüb. Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən komanda “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində məşq keçib.

Qeyd edək ki, “Kəpəz”in heyətində itki yoxdur. Gəncə klubunun əvvəlki iki turu buraxan futbolçusu Renan Da Silvanın cəza dövrü başa çatdığından müdafiəçi komandaya kömək edə biləcək.