cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Ayxan Abbasov: "Bu matçdakı 1 xal bizə çox vacib idi"

18.02.2017 18:23 Oxundu 1913

"Gərgin oyun oldu. “İnter”lə matçlarımız həmişə belə keçir. Oyun baxımından hər iki komanda istədiyini göstərməsə də, meydanda mübarizə var idi. Bəzi futbolçularımızın təlim-məşq toplanışında bizimlə iştirak etməməsi çətinlik yaradır. Bu matçdakı 1 xal bizə çox vacib idi". Bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 19-cu turunda Bakı "İnter"i ilə oyundan (1:1) sonra deyib.

O, qapıçıları Anar Nəzirova verilən qırmızı vərəqənin düzgün olduğunu söyləyib.

A.Abbasov oyundan sonra dəhlizdə yaşanan qalmaqalla bağlı bunları bildirib: "İnter"in mühafiəçiləri ilə problem yaşandı. Belə şeylər olur. Aramızda problemlər yaşanır. Böyüdüləsi problem yoxdur".

"Zirə"nin baş məşqçisi komandanın yeni transferi Georgi Qoroziya haqda da danışıb: "Yeni futbolçularla bağlı tələsməməyə çalışırıq. Georginin oyun praktikası bir qədər azdır".