cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Elxan Abdullayevin komandası ardıcıl 3-cü qələbəsini qazana bilmədi - VİDEO

18.02.2017 19:06 Oxundu 1931

Azərbaycan Premyer Liqasında XIX tura start verilib. bu gün turun iki qarşılaşması keçirilib.İlk görüşdə ötən mövsümün mükafatçıları üz-üzə gəliblər. Paytaxt derbisində “İnter”lə “Zirə” qarşılaşıb. 3-cü pillədə möhkəmlənən Zaur Svanadzenin yetirmələri cari mövsüm iki dəfə bərabərə qaldığı rəqibini bu dəfə də yenə bilməyib. Matçda hesab 1:1 olub. Denis Silva öz qapısına vurduğu qolla qonaqları sevindirsə də, Rauf Əliyev bərabərliyi təmin edə bilib.

Daha sonra Azərbaycan futbolunun ən köklü derbisi baş tutub. Ən zəngin tarixə malik iki komanda “Neftçi” və “Kəpəz” paytaxtda üz-üzə gəliblər. Turnir cədvəlinin aşağılarında qonşu olan komandalar əbədi derbi heç-heçə başa vurublar. Qış fasiləsində yenilənən Elxan Abdullayevin komandası ardıcıl 3-cü qələbəsini qazana bilməyib. Matçda hesab açılmayıb.

Azərbaycan Premyer Liqası

XIX tur

18 fevral

“Neftçi” – “Kəpəz” - 0:0

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Kərim Ağayev
8-ci km qəsəbə stadionu

İlk 2 dövrədəki oyunlar: 2:0, 0:2

“Neftçi”: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 29. Georgi Navalovski, 8. Zdenek Folprext, 12. Daniel Seqoviya, 15. Ruslan Abışov (k), 11. İqnasio Errera Fernandes, 7. Namiq Ələsgərov, 23. Tərzin Cahangirov

Ehtiyat oyunçular: 33. Boban Baykoviç, 17. Rəhman Hacıyev, 9. Uqo Barqas, 80. Edson Kastilya, 26. Kamal Qurbanov, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli

Baş məşqçi: Elxan Abdullayev

“Kəpəz”: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 17. Nicat Qurbanov, 10. Dario Federiko, 19. Orxan Əliyev, 90. Julien Ebah

Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 7. Vüqar Bəybalayev, 6. Ceyhun Cavadov, 68. Əli Nuri, 15. Azad Kərimov, 77. Serjio Kosta, 9. Tural Qürbətov

Baş məşqçi: Şahin Diniyev

“İnter” – “Zirə” - 1:1

Qollar: Rauf Əliyev, 47 - Deniz Silva, 40 (avtoqol)

Qırmızı vərəqə: Anar Nəzirov, 73

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Kərim Ağayev

“İnter Arena”

İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1

“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 27. Adrian Skarlatake, 4. Slavik Alxasov, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 33. Tərlan Quliyev, 17. Abbas Hüseynov, 2. Sertan Taşkın, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad

Baş məşqçi: Zaur Svanadze

“Zirə”: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 5. Adil Nağıyev, 28. Təmkin Xəlilzadə, 16. Akim Latifu, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Nurlan Novruzov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 92. Cavid Tağıyev

Baş məşqçi: Ayxan Abbasov

Turnir cədvəli

1.

Qarabağ

18

13

3

2

32-8

42

2.

Qəbələ

18

11

6

1

36-10

39

3.

İnter

19

8

9

2

30-19

33

4.

Zirə

19

6

5

8

17-21

23

5.

Sumqayıt

18

5

7

6

19-23

22

6.

Neftçi

19

5

2

12

14-33

17

7.

Kəpəz

19

3

7

9

12-22

16

8.

AZAL

18

1

5

12

8-32

8

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 10.

ELXAN