cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Elxan Abdullayev: "Kəpəz” çox əzmkar oyun nümayiş etdirdi"

18.02.2017 20:08 Oxundu 2157

"Neftçi” PFK Topaz Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız XIX turda "Kəpəz” klubu ilə qarşılaşıb. "Bakcell Arena”da baş tutmuş görüşdə qapılara qol vurulmayıb – 0:0. "Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XIX turunun "Kəpəz” klubu ilə oyunundan sonra fikirlərini bildirib: "Bilirdik ki, bizi çətin oyun gözləyir. "Kəpəz” çox əzmkar oyun nümayiş etdirdi. Bununla belə, yaxşı oynadıq, sadəcə, qol vura bilmədik. Rəqibə 90 dəqiqə təzyiq etsək də, təəssüf ki, qələbə qazana bilmədik”.