2033
Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq. Turun son oyun günündə iki qarşılaşma baş tutacaq. Günə Sumqayıtda start veriləcək. Avrokuboklar uğrunda döyüşən “Sumqayıt” autsayderi - AZAL-i sınağa çəkəcək. Həftəyə Qəbələdə yekun vurulacaq. Turun mərkəzi oyununda çempionatın liderləri üz-üzə gələcək. Son 3 mövsümün çempionu “Qarabağ” liderliyini qorumaq üçün “Qəbələ”yə uduzmamalıdı. Meydan sahibləri isə zirvəni ələ keçirmək üçün mütləq qalib gəlməlidi.
Azərbaycan Premyer Liqası
XIX tur
19 fevral (bazar)
15:00. “Sumqayıt” – AZAL
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. Şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 1:1, 1:1
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2
Turnir cədvəli
|
1. |
Qarabağ |
18 |
13 |
3 |
2 |
32-8 |
42 |
|
2. |
Qəbələ |
18 |
11 |
6 |
1 |
36-10 |
39 |
|
3. |
İnter |
19 |
8 |
9 |
2 |
30-19 |
33 |
|
4. |
Zirə |
19 |
6 |
5 |
8 |
17-21 |
23 |
|
5. |
Sumqayıt |
18 |
5 |
7 |
6 |
19-23 |
22 |
|
6. |
Neftçi |
19 |
5 |
2 |
12 |
14-33 |
17 |
|
7. |
Kəpəz |
19 |
3 |
7 |
9 |
12-22 |
16 |
|
8. |
AZAL |
18 |
1 |
5 |
12 |
8-32 |
8 |
Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 10.