2033
“Qəbələ” – “Qarabağ” – 1:4
(Ramil Hasanov, 7 // Nicat Abbasov, 36; İlyas Səfərzadə, 54; Vüqar Nadirov, 57; Elgün Nəbiyev, 68)
Bu gün Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında Azərbaycan çempionatında XIX tura start verilib. Yarışın lideri “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşıb. Bu matçadək ardıcıl 9 qələbə qazanan “qırmızı-qaralar” ən yaxın izləyicisi ilə qarşılaşmaya da 3 xal iddiası ilə çıxıb. Görüşə fəal başlayan Hüseynqulu Quliyevin yetirmələri artıq 7-ci dəqiqədə hesabı da açıb. Ramil Hasanov mövsümdə 10-cu qolunu vurub. Bununla da o, çempionatın bombardirləri yarışında liderə şərik olub. Lakin komanda üstünlüyünü qoruya bilməyib. Qonaqlar fasiləyədək Nicat Abbasovun qolu ilə hesabda tarazlıq yaradıb – 1:1. Matçın ikinci yarısı isə Ağdam təmsilçisi üçün daha uğurlu alınıb. 3 qol vuran qonaqlar görüşdə 4:1 hesablı qələbə qazanıb.
Beləliklə, sonuncu dəfə ötən il oktyabrın 28-də X turun “Neftçi” ilə ev oyununda uduzan (0:1) “Qəbələ”nin 9 matçlıq qələbə seriyası qırılıb.
|
1 |
Qəbələ |
19 |
13 |
2 |
4 |
43-22 |
41 |
|
2 |
Qarabağ |
19 |
11 |
4 |
4 |
38-22 |
37 |
|
3 |
Neftçi |
18 |
11 |
1 |
6 |
32-20 |
34 |
|
4 |
İnter |
18 |
7 |
5 |
6 |
13-12 |
26 |
|
5 |
Zirə |
18 |
6 |
5 |
7 |
22-21 |
23 |
|
6 |
Kəpəz |
18 |
6 |
5 |
7 |
22-26 |
23 |
|
7 |
Sumqayıt |
19 |
5 |
1 |
13 |
28-48 |
16 |
|
8 |
AZAL |
19 |
3 |
1 |
15 |
24-51 |
10 |