cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

"Mənə əsgərlər, müasir qladiatorlar lazımdır"

19.02.2017 11:25 Oxundu 1971

Klaudio Ranyerinin komandası 1/8 finalda aşağı liqa təmsilçisi "Miluoll"la bacarmayıb - 0:1. Bununla da "Lester" İngiltərə Federasiya Kuboku ilə vidalaşıb. Komandanın baş məşqçisi Klaudio Ranyeri bu oyunla bağlı fikirlərin bölüşərkən deyib: "Bu qəribədir, çünki biz ötən mövsüm qətiyyətimiz sayəsində qələbələr qazanırdıq, istək və ehtirasla çıxış edirdik. Biz uduza bilərik, ancaq hər oyunda mübarizə aparmaq lazımdır. Bax, mən bunu görmək istəyirəm. Düşünürəm ki, bu məğlubiyyət xeyrimizə ola bilər, çünki əzmkarlıq və əhval-ruhiyyə vacibdir. Mən oyunçularıma isə belə demək istəyirəm: "Biz hər oyunda mübarizə aparmalıyıq. Kim vuruşmaq istəyir mənə desin. Çünki mənə əsgərlər, müasir qladiatorlar lazımdır".