cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Samir Abasov: "Amma komandanın oyunundan razı qalmadım"

19.02.2017 17:17 Oxundu 1934

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 19-cu turunda AZAL-a evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi) deyib: “Çətin oyun olduğunu deyə bilərəm. Amma komandanın oyunundan razı qalmadım. Futbolçularımda uduzmamaq hissi olsa da, həyəcanlı görünürdülər. Qarşılaşmadan sonra futbolçularıma etirazımı bildirdim. AZAL-la oyunda xal itirsəydik, digər rəqiblərimiz bizə çatacaqdılar. Buna baxmayaraq, 3 xal qazandığımız üçün çox şadam".