1928
Ölkə çempionatının XIX turu çərçivəsində keçirilən "Qəbələ" - "Qarabağ" matçında ev sahiblərinin azarkeşləri xüsusi fəallıq göstərirlər. Belə ki, "qırmızı-qaralar"ın fanatları matçın ilk hissəsində pankart açıblar. Pankartın üzərində "Sifarişlər halqası, hakimlərin liqası" sözləri yazılıb. Yerli fanatlar bununla Azərbaycan Premyer Liqasındakı hakim idarəçiliyindən narazılıqlarını ifadə ediblər. Yerli fanatların "Qardan adam oldu, Xaqanidən olmadı" sözləri yazılmış pankartı diqqət çəkib. Onlar bununla Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan narazılığını ifadə ediblər.
Bir qrup qəbələli tərəfdar isə qonaq komandaya şüarla jest edib. Belə ki, "Məsafə 410 kilometr, qardaşlıq sonsuza qədər" yazılı pankartı nümayiş etdirən azarkeşlər bununla iki komanda arasındakı rəqabətlə, yanaşı əbədi dostluğa da işarə vurublar.
.jpg)
.jpg)
