cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ” “Qarabağ”dan 3 xal aldı - VİDEO

19.02.2017 18:35 Oxundu 2111

“Qəbələ” – “Qarabağ” – 2:0
19 fevral 2017. Saat 17:30. Qəbələ şəhər stadionu, 4500 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Elman Musayev, Azər Əsgərov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Nika Kvekveskiri, 58 (qeyri-idman hərəkəti) // Markos Madera, 36 (qeyri-idman hərəkəti)
Qollar: Sergey Zenyov, 30; Filip Ozobiç, 68
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.


Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Turun son qarşılaşması Qəbələdə keçirilib. Çempionatın liderləri “Qarabağ”la “Qəbələ” sonuncuların meydanında üz-üzə gəlib. “Qırmızı-qaralar” ötən turun “Zirə” ilə matçıyla müqayisədə start heyətində 3 dəyişiklik edib. Baş məşqçi Roman Qriqorçuk Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov və Araz Abdullayevə “11-lik”də yer verib. Əvəzində cəzalı Rasim Ramaldanov, həmçinin Ruslan Qurbanovla Ürfan Abbasov kənarda qalıblar. Ötən turu buraxan Sadiqov mərkəz müdafiəçisi problemi yarandığından bu mövqedə çıxış edib. Kapitan sarğısı isə Cavid Hüseynovda olub.
Çempionluq yolunda böyük önəm daşıyan matça hər iki komanda kifayət qədər ehtiyatlı başlayıb. Düzdür, “Qəbələ” ilk dəqiqələrdən daha istəkli olduğunu nümayiş etdirərək, cüzi ərazi üstünlüyünə yiyələnib. “Qəbələ”nin meydanın rəqibə aid hissəsində pressinq etməsi bir neçə dəfə topu ələ keçirməsi ilə nəticələnib. Lakin hesab açılanadək qapılar önündə real qol vəziyyətləri yaranmayıb. Sağ cinahdan Tellur Mütəllimovun aut atışı cərimə meydanına ötürmə ilə davam edib. “Qəbələ” futbolçuları ardıcıl iki dəfə topu qapı xəttinin üstündən cərimə meydanına göndərib. İkinci cəhd 11 metrlik nöqtə yaxınlığında qərarlaşan Sergey Zenyovun qarşısıalınmaz zərbəsi ilə başa çatıb – 1:0. Bu, estoniyalının “Qəbələ”də 12-ci qolu olub. Buraxılan qoldan sonra qonaqlar fəallığı artırıb. Ansi Aqollinin 23 metrdən uzaq küncə göndərdiyi topu Dmitri Bezotosnı dəf edib. Ümumiyyətlə, qoldan sonra “Qarabağ” üstünlüyə yiyələnib.“Qəbələ” isə sürətli həmlələrdə rəqibi yaxalamağa çalışıb. “Qırmızı-qaralar” ilk yarının sonlarında fərqi artırmağa da yaxın olub. Filip Ozobiçin təxminən 12 metrdən dönən topa zərbəsində dəqiqlik çatmayıb.
İkinci hissə məğlub durumda olan rəqibin hücumları ilə başlayıb. Lakin qonaqlar daha çox cərimə meydanı kənarından zərbələrlə Bezotosnının sayıqlığını yoxlayıb. Ukraynalı qolkiper isə matçı səhvsiz keçirib. “Qəbələ”nin hücum xəttində fəallığı ilə seçilən Dmitri Subotiç müdafiəçilərlə mübarizədə topa yiyələnib, Cavidə ötürmə verib. Sonuncunun təxminən 30 metrdən zərbəsi dirəyin yanından keçib. Az sonra Danielin özü qüvvətli zərbəylə qapını nişan alıb. Bu dəfə qapıçı topu iki cəhddə tutub. Hissənin ortalarında isə Ozobiç səhnəyə çıxıb. Premyer Liqanın ən məhsuldar futbolçusu Nika Kvekveskirinin ötürməsindən sonra üz-üzə qaldığı qapıçıya heç bir şans verməyib – 2:0. Bu onun çempionatda 11-ci qolu olub. Böyük ölçüdə qarşılaşmanın taleyini həll edən qoldan sonra hər iki komanda futbolçu dəyişiklikləri ilə diqqət çəkib. “Qarabağ” oyunu xilas etməyə, “Qəbələ” isə müdafiədə etibarlı çıxışı ilə üstünlüyü qorumağa çalışıb. Lakin hər iki komanda ciddi real qol vəziyyəti yaratmağa müvəffəq olmayıb.
Beləliklə, “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib, 6 turdan sonra yenidən turnir cədvəlində 1-ci pilləyə yüksəlib. “Qırmızı-qaralar” eyni xala malik olduğu “Qarabağ”ı şəxsi oyunların nəticələrinə görə arxada qoyub.

İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 14. Cavid Hüseynov, 77. Araz Abdullayev, 31. Daniel Subotiç, 9. Sergey Zenyov, 88. Tellur Mütəllimov

Ehtiyat oyunçular: 33. David Petrjkeviç, 21. Roman Hüseynov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 18. Baqali Dabo, 27. Teo Uiks, 34. Ürfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 11. Mahir Mədətov, 8. Miçel.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 22. Əfran İsmayılov, 71. Vüqar Nadirov, 91. Coşqun Diniyev, 32. Elvin Yunuszadə, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov

Baş məşqçi: Qurban Qurbanov

Turnir cədvəli

1.

Qəbələ

19

12

6

1

38-10

42

2.

Qarabağ

19

13

3

3

32-10

42

3.

İnter

19

8

9

2

30-19

33

4.

Sumqayıt

19

6

7

6

20-23

25

5.

Zirə

19

6

5

8

17-21

23

6.

Neftçi

19

5

2

12

14-33

17

7.

Kəpəz

19

3

7

9

12-22

16

8.

AZAL

19

1

5

13

8-33

8

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.

"Qarabağ"