1965
Bu gün "Qarabağ"ımız səfərdə "Qəbələ"yə 2:0 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Rəqibi təbrik edirəm. Hər iki komanda üçün vacib oyun idi. Məğlub olmağımıza baxmayaraq, komandamdan razı qaldım. Sadəcə son nöqtəni tamamlayanda problem olurdu. "Qəbələ" azarkeşlərini də təbrik edirəm. Sonda isə öz azarkeşlərimizə təşəkkürümü bildirirəm, bu çətin səfərdə də bizi tək qoymadılar". O: "Bugünkü məğlubiyyətdə özünüzdə hansısa günah görürsüzmü?" sualına isə belə cavab verib: "Mən həmişə özümdə günah axtarıram. Amma özümdə hansı günah gördüyümü açıqlaya bilmərəm. Bəlkə nəsə çatışmazlığımız olub. Bunu öz kollektivimiz arasında müzakirə edəcəyik. Əgər məğlub olmuşuqsa, başda mən olmaqla, futbolçular da günahkardı".