cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Şahin Diniyev: "Ən əsası komandanın ifasında oyun gördüm"

19.02.2017 22:08 Oxundu 1952

Qolsuz bərabərliklə yekunlaşan “Neftçi” – “Kəpəz” oyunundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev görüşlə bağlı fikirlərini bölüşüb: “Maraqlı, qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Həm rəqibin, həm də bizim qələbə qazanmaq şansımız vardı. Mənə elə gəlir ki, “Kəpəz”in qol vəziyyətləri daha real idi. Orxan Əliyev boş qapıya düşə bilsəydi və ya Julien Ebah matçın sonuna doğru təkbətəkdən istifadə etsəydi, oyunun taleyini öz xeyrimizə həll etmək olardı. Ən əsası komandanın ifasında oyun gördüm. Bu gün bizdə rotasiya etmək, oyunu gücləndirmək çətindir. Hər mövqeyə bir oyunçu varsa, oyunu dəyişmək çox çətindir. Komanda bu gün meydanda vuruşub, layiqli xalını qazandı. Hər iki tərəf xala layiq idi. Derbiyə yaraşan oyun oldu. Futbolçularıma təşəkkür edirəm, qara zolaqdan çıxdıq. “Qarabağ”a qarşı görüşdə oyunçuların dönüş etdiyini görmüşdüm və bu gün daha yaxşı oynadılar. Bundan da daha yaxşı çıxış edəcəyik. Sadəcə, uşaqlara özlərinə inam qayıtmalıdı. Təzyiq altında oynamaq çox çətindir. Bəlkə də, məşqçi səhvi də var. Elə oyunlar vardı ki, meydana 3 xal üçün çıxırdıq. “İnter”, “Zirə” və “Sumqayıt” ilə matçlarda qələbə üçün mübarizə aparırdıq. Səfərdə oynayanda minimum xal da qazanmaq olardı. Hələ ki, heç nə itirilməyib. Evdə daha çox oyunumuz var. Avropa Liqasına düşmək üçün mübarizə hələ irəlilədir. Sonda “Neftçi”yə oyuna görə təşəkkür edirəm, tamam başqa komandadır. Yaxşı futbolçulardan qurulmuş kollektivdir”