cümə, 03 may 2024

BİZİM FUTBOL

"Ulduz"umuz Çempionlar Liqasında çıxış edəcək

20.02.2017 10:29 Oxundu 1767

İspaniyanın Sevilya şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir. Turnirdə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çemionatının qalibi "Ulduz" futzal komandası iştirak edir. Püşkün nəticəsinə görə, ilkin qrup mərhələsində təmsilçimizin rəqibləri İsveçin “Stokholm”, Fransanın “Reims” və Almaniyanın “Ausburg” komandaları olacaq. Təmsilçimiz fevralın 21-də, Bakı vaxtı ilə saat 13:00-da “Stokholm”, saat 17:00-da “Ausburg”, fevralın 22-də saat 13:00-da isə “Reims” komandası ilə qarşılaşacaq.