cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Misir IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq

22.02.2017 11:59 Oxundu 1985

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev Misirin gənclər və idman naziri Xalid Əbdüləzizlə görüşüb.

Səfir T.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan etməsi və cari ildə respublikamızda təşkil olunacaq beynəlxalq səviyyəli tədbirlər, o cümlədən mayın 12-22-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat verib.

Gənclər və idman naziri X.Əbdüləziz Prezident İlham Əliyevin bu təşəbbüsünü yüksək qiymətləndirərək, Azərbaycanda 2015-ci ildə keçirilmiş Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etdiyini, sözügedən tədbirin çox yüksək səviyyədə təşkil edildiyini bildirib, həmin səfərdən məmnun qaldığını diqqətə çatdırıb.

Səfir T.Rzayev İslam Həmrəyliyi Oyunlarının daha çox həmrəylik və birlik nümayiş etdirmək məqsədi daşıdığını vurğulayaraq, Misirin həmin oyunlarda iştirakının önəmini qeyd edib.

X.Əbdüləziz Misirin İslam Həmrəyliyi Oyunlarında iştirak etməkdə maraqlı olduğunu, yarışlara qatılacağını bildirib.