cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Klaudio Ranyeri: "Lester"i ağır il gözlədiyini bilirdim"

22.02.2017 13:02 Oxundu 1845

"Lester"in baş məşqçisi Klaudio Ranyeri deyib ki, ötən yay başqa komandalardan gəlmiş bir neçə dəvəti rədd edib. Qeyd edək ki, "Lester" onun rəhbərliyi altında ötən mövsüm İngiltərə çempionu olub: "Mən ötən mövsüm başa çatdıqdan sonra "Lester"dən gedə bilərdim. Başqa komandalardan da dəvətlər vardı. Amma bu komandadan ayrılmaq istəmədim. Çünkü "Lester"i ağır il gözlədiyini bilirdim. Mən "Lester"ə nələrsə etməyə gəlmişəm. Mən hələ də öz mövqeyimdəyəm. Artıq ötən mövsüm qazandığımız titulu da unutmuşam. Şəhər, rəhbərlik və azarkeşlər üçün yaxşı nəyəsə nail olmaq istəyirəm".

Məlumat üçün bildirək ki, 65 yaşlı mütəxəssisin "Lester"lə müqaviəsi 2020-ci ilin yayınadək qüvvədədir. "Tülkülər" cari mövsümün 25 turundan sonra turnir cədvəlində 17-cidir.