22.02.2017 15:06
1888
1888
“Atletiko”nun futbolçusu Antuan Qrizmann Madrid klubunun tarixinə düşüb. Fransalı hücumçu “Atletiko”nun Çempionlar Liqasında ən çox qol vuran oyunçusu olub. Çempionlar Liqasının 1/8 mərhələsində “Bayer”lə keçirilən oyunda fərqlənən 25 yaşlı forvard turnirdə 13-cü qolunu vurub. Bununla da o, Luis Araqonesi (12) qabaqlayıb. Qeyd edək ki, Qrizmann cari mövsüm turnirdə 7 oyuna 4 qol vurub.