cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Qəzada ayağını itirmiş futbolçu meydana qayıtmaq niyyətindədir

22.02.2017 16:20 Oxundu 1934

Təyyarə qəzasında ayağını itirmiş "Şapekoense" klubunun qapıçısı Cekson Folman gələcəkdə Paralimpiya oyunlarına qoşulmaq niyyətindədir: "Mən həmişə idmançı olacağam. Mən həmişə "Şapekoense"nin qapıçısı olacağam. Və Paralimpiya Oyunlarında iştirak etmək istəyirəm. Mən qəzadan sonra necə ayılmağımı, gözlərimi açdığımı xatırlayıram. Çox qaranlıq idi... Həm də soyuq idi, əsirdim. Mən qışqırdım: "Kömək edin. Mən ölmək istəmirəm". Qəzadan sağ qalmış bir neçə yoldaşım da qışqırırdı. Mən sonra xilasedicilərin gəlməsini eşitdim". O bu fikirləri Braziliya televiziyasına verdiyi müsahibədə deyib. Çərçivə qoruyucusu yaxın müddətdə evlənmək istədiyini də bildirib.

Qeyd edək ki, təyyarə qəzasından sonra protezdən istifadə edən Folman fizioterapevt nəzarəti altında müalicə alır.