22.02.2017 16:40
2049
2049
"Fənərbaxca" klubunun prezidenti Aziz Yıldırım Türkiyədə15 iyulda hərbi çevrilişə cəhd edənləri zərərsizləşdirərkən başından yaralanmış Terrorla Mücadilə Dairəsinin rəhbəri Turqut Aslanı ziyarət edib. Verilən məlumata görə, Aziz Yıldırım Qazi Universitetinin Reabilitasiya Mərkəzində müalicəsi davam edən Turqut Aslana rəhbərlik etdiyi klubun formasını da hədiyyə edib. Aslan ilə söhbət edən Yıldırım xəstəxana yetkilərinə təşəkkür etməyi də unutmayıb. O, yenidən Turqut Aslanı ziyarət edəcəyini də söyləyib.