cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Volkan Dəmirəl fəaliyyətini ölkə xaricində davam etdirmək fikrindədir

22.02.2017 17:17 Oxundu 2241

Türkiyənin "Fənərbağça" klubu qapıçı Volkan Dəmirəllə müqaviləni uzatmayacaq. Bu barədə məlumatlar yayılıb. Məsələyə münasibət bildirən Volkan Dəmirəl deyib: "Futbolu buraxmaq fikrində deyiləm. Mənə "get" desələr, planım ölkə xaricinə çıxmaqdır. Türkiyənin heç bir klubunda çıxış etmərəm. Onsuz da hər mövsüm mən Avropadan və Amerikadan təkliflər alıram. Bunlardan birini dəyərləndirə bilərəm. Yəqin ki, ilk seçimim Amerika olar".

Volkan Dəmirəl karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərib-göstərməyəcəyinə da aydınlıq gətirib: "Futbolu burax, gəl klub içində bir vəzifədə çalış" təklifini də indi qəbul edə bilmərəm. Çünki buna hazır deyiləm. Çatışmazlıqlarım var. Yaxş məşqçilik və idarəçilik təhsili almağı düşünürəm. Dil də öyrənəcəyəm. Amma dediyim kimi, bu kimi işlərlə futbolu buraxandan sonra məşğul olacağam. Yenə deyirəm: bunları futbolçu karyeramı başa vurandan sonra edəcəyəm. İndi futbolu davam etmək istəyirəm. Təbii ki "Fənərbağça"da... Bu olmasa, ölkə xaricində...".

Onu da qeyd edək ki, Volkanla müqavilənin imzalanmaması söhbəti klubda birmənalı qarşılanmayıb. Hətta bu barədə söz düşəndə deyirlər: "Emre Belözoğlu, Caner Erkin, Gökhan Könül getdi, nə oldu? Komandanın vəziyyəti yaxşı oldumu? Xeyr, tam tərsinə... Onlar "Fənər" üçün simvol olmuş şəxslərdir. Onların yoxluqlarını hiss edirik. Volkan da gedərsə, "Fənərbağça"əməlli-başlı zəifləyər. Bu böyük itki olar. Komanda öz ruhunu itirər".

Bir daha xatırladaq ki, 15 ildir İstanbul komandasının şərəfini qoruyan 36 yaşlı qapıçı mövsümün sonunda "Fənərbağça"dan ayrılacağı barədə məlumatlar yayılıb. Klub rəhbərliyi bundan öncə Emre Belözoğlu, Səlcuq Şahin, Pyer Vebo, Egemen Qorxmaz, Gökhan Könül kimi nisbətən yaşlı oyunçularla da müqavilənin müddətini uzatmamışdı.

Qeyd edək ki, Dəmirəl 2002/2003-cü il mövsümündən "Kartalspor"dan "Fənərbağça"ya transfer olunmuşdu.