cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

"Fənərbaxça" "Krasnodar"la bacarmadı - VİDEO

22.02.2017 21:59 Oxundu 2168

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib. 2 günü əhatə edəcək final mərhələsinin ilk oyun günündə 3 qarşılaşma baş tutub. İstanbulda "Fənərbaxça" "Krasnodar"ı, Almaniyada "Şalke" PAOK-u, Fransada isə "Sent Etyen" "Mançester Yunayted"i qəbul edib."Fənərbaxça" "Krasnodar" matçı 1:1 hesabı ilə baş çatıb. Rusiyada 0:1 hesabı ilə məğlub olan "sarı bülbüllər" doğma azarkeşləri qarşısında hesabda geri düşüblər. İlk hissənin sonlarında bərabərlik əldə olunsa da, bu, növbəti mərhələ üçün kifayət etməyib. "Şalke" (Almaniya) - PAOK (Yunanıstan) oyunu da elə bu hesabla nəticələnib. "Sent-Etyenn" (Fransa) - "Mançester Yunayted" (İngiltərə) matçında isə qonaqlar qalib gəliblər - 0:1.

Avropa Liqası

1/16 final mərhləsi, cavab oyunları

22 fevral

"Fənərbaxça" (Türkiyə) - "Krasnodar" (Rusiya) - 1:1

Qollar: Jozef de Souza, 42 - Smolov, 8

Baş hakim: Pavel Raçkovski (Polşa)

İlk oyun - 0:1

"Şalke" (Almaniya) - PAOK (Yunanıstan) - 1:1

Qollar: Şof, 23 - Nastasiç, 25 (öz qapısına)

Baş hakim: Luka Banti (İtaliya)

İlk oyun - 3:0

"Sent-Etyenn" (Fransa) - "Mançester Yunayted" (İngiltərə) - 0:1

Qol: Mxitaryan, 15

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

İlk oyun - 0:3

kr