cümə axşamı, 15 yanvar 2026

ŞAHMAT

Məmmədyarov liderliyini qoruyub

22.02.2017 23:38 Oxundu 2272

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. 5-ci turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. “Şah”ın ağ fiqurlarla oynadığı partiyada rəqiblər 29-cu gedişdə sülhə razılaşıblar. Bu nəticə ilə aktivindəki xalları 3.5-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub.Belə ki, hesabat turunda qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrev də heç-heçə etdiyindən, üçüncü yerdə qərarlaşmış Nakamura da təmsilçimizlə sülh bağladığından ilk pillədə heç bir dəyişiklik olmayıb.