cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Budapeşt 2024-ci ilin Olimpiya oyunlarına ev sahibliyindən imtina etdi

23.02.2017 00:20 Oxundu 1907

Macarıstanın paytaxtı Budapeşt 2024-ci ilin Olimpiya oyunlarına ev sahibliyi müraciətini geri götürəcək. apa-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qərar Macarıstanın hökumət rəhbəri Viktor Orban, Budapeşt meri İştvan Tarloş və Milli Olimpiya Komitəsinin sədri Jolt Borkainin birgə görüşündən sonra verilib.Beləliklə, 2024-ci ilin Yay Olimpiya oyunlarına ev sahibliyinə namizəd iki şəhər qaldı – Paris və Los-Anceles.