23.02.2017 00:39
2031
2031
Çempionlar Liqasında 1/8 final mərhələsində ilk oyunlara yekun vurulub. Baş tutan son iki matçda “Porto” “Yuventus”u, “Sevilya” isə “Lester”i qəbul edib. "Yuventus" səfərdə qələbə qazanaraq cavab matçı öncəsi böyük üstünlük əldə edib. İngiltərənin son çempionu "Lester" isə İspaniya səfərindən məğlub qayıtsa da, tur şanslarını saxlayır.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
22 fevral
“Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya) - 0:2
Qollar: Pyaça, 72, Dani Alves, 74
Baş hakim: Feliks Brix (Almaniya)
“Sevilya” (İspaniya) – “Lester” (İngiltərə) - 2:1
Qollar: Sarabia, 25, Korrea, 62 - Vardi, 73
Baş hakim: Klemen Turpin (Fransa)
lester