23.02.2017 00:49
2371
2371
.jpg)
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. "Yuventus" səfərdə "Porto" ilə qarşılaşıb. Bu mövsüm ÇL-də uduzmayan Turin təmsilçisi uğurlu seriyanı Portuqaliya səfərində də davam etdirib. "Yuventus" səfərdə qələbə qazanaraq cavab matçı öncəsi böyük üstünlük əldə edib. Pyaça və Dani Alvesin qolları ilə "Porto"nu məyus edən "qoca sinyora" Turindəki görüşü formallığa çevirib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
22 fevral
“Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya) - 0:2
Qollar: Pyaça, 72, Dani Alves, 74
Baş hakim: Feliks Brix (Almaniya)
p