cümə axşamı, 15 yanvar 2026

VOLEYBOL

Bu dəfə tilsimi qırsaq...

23.02.2017 09:24 Oxundu 2522

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında V turun növbəti oyunları davam edəcək. Təmsilçimiz “Azərreyl” də doğma meydanda azarkeşlər önünə çıxacaq. “Dəmiryolçular”ın vacib matçdakı qonağı “Fənərbaxça” olacaq. Matçın gərgin keçəcəyi gözləniləndi. Çünki son illər istanbullulardan nəinki xal, set belə ala bilmirik. Amma bu dəfə tilsimi qırsaq, son turun nəticəsindən asılı olmayaraq, komandamız mərhələ adlayacaq. “Azərreyl” komandası növbəti mərhələyə vəsiqəni təmin etmək üçün oyunda ən azı 2 seti öz xeyrinə başa vurmalıdır. Xal qazanmadan məğlubiyyət isə komandamızın işini çətinləşdirə bilər.

Hesabında 12 xal olan “Fənərbağça” qrup lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. “Azərreyl” 9 xalla ikinci, Polşanın “Dabrova Qornitsa” klubu 6 xalla üçüncü pillədə yer alır. Fransanın “Sen-Rafael” komandasının isə xalı yoxdur.

Çempionlar Liqası

Qrup mərhələsi

C qrupu

23 fevral

18:00. “Azərreyl” (Azərbaycan) – “Fənərbaxça”

Hakimlər: Aleksandr Pavlov (Rusiya), Epaminondas Qerothoduros (Yunanıstan)

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

1.

Fənərbaxça (Türkiyə)

4

4

0

12-1

323-243

12

2.

Azərreyl (Azərbaycan)

4

3

1

6-5

301-293

9

3.

Dabrova Qornitsa (Polşa)

5

2

3

8-10

404-397

6

4.

Sen-Rafael (Fransa)

5

0

5

2-15

318-413

0