cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

İqor Tudor: "Beşiktaş"la bağlı hər şeyi bilirəm"

23.02.2017 11:56 Oxundu 1759

"Qalatasaray"ın yeni baş məşqçisi İqor Tudor yanvarın 27-də Türkiyə Superliqasının 22-ci turunda keçirilicək "Qalatasaray"-"Beşiktaş" derbisi ilə bağlı fikirlərini açıqlayıb: "Mən "Beşiktaş" haqqında hər şeyi bilirəm. Onun güclü və zəif cəhətlərini analiz etmişəm. Biz yaxşı işləyirik və derbiyə hazır olacağıq. Bazar ertəsi yaxşı oyun olacaq".

Məlumat üçün bildirək ki, Türkiyə Superliqasında 21-ci turunda "Qalatasaray" səfərdə "Rizespor"un qonağı olub. İqor Tudor bu matçda İstanbul klubunun baş məşqçisi kimi ilk matçına çıxıb. Lakin xorvat mütəxəssis yeni iş yerindəki debütunu qələbə ilə qeyd edə bilməyib. Oyun qollu bərabərliklə (1:1) yekunlaşıb. "Cim-Bom" ardıcıl ikinci oyunda da meydanı 3 xal qazanmadan tərk edib.

Qeyd edək ki, 21 turdan sonra "Başakşehir" 43 xalla ikinci, "Qalatasaray" isə 40 xalla üçüncü yeri tutur. 1 oyun az keçirən "Beşiktaş" 44 xalla liderdir. "Fənərbaxça" 36 xalla dördüncü yeri tutduğu halda, "Antalyaspor" 35 xalla beşincidir.