cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

"Bursaspor" Dəniz Yılmazı bağışladı

23.02.2017 12:51 Oxundu 1717

"Bursaspor" hücumçusu Dəniz Yılmazla bağlı yekun qərarını açıqlayıb. Türkiyə mətbuatına istinadən məlumatına görə, baş məşqçi Mutlu Topçu ilə klub rəhbərliyi arasında keçirilmiş görüşdə ötən tur "Kayserispor"la matçdan sonra komandadan uzaqlaşdırılan futbolçunun bağışlanılması qərara alınıb. O, səhər məşqində kollektivə qoşulub. Belə bir qərar Sərcan Yıldırım üçün də verilib.

Qeyd edək ki, "Bursaspor" azarkeşləri "Kayserispor"la görüşdə rəqibə qarşı kobud oynayaraq 19-cu dəqiqədə meydandan qovulan və komandasının məğlubiyyətinə (0:2) səbəb olan Dəniz Yılmazın klubdan qovulmasını tələb etmişdilər.