cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Samir Nəsri Vengeri tənqid edənləri topa tutdu

23.02.2017 16:08 Oxundu 1942

"Arsenalın" sabiq yarımmüdafiəçisi Samir Nəsri son günlər uğursuzluqlara görə tənqidlərə məruz qalmış "topçuların" baş məşqçisi Arsen Vengerdən danışıb: "İnsanlar ədalətli olmalıdırlar. "Arsenal" Vengerə görə deyil, meydana çıxan oyunçularına görə uğur qazana bilmir. Nəticəni futbolçular qazanırlar. Buna görə baş məşqçini tənqid etmək doğru olmaz. Venger "Arsenal"a gəlişi ilə ona yeni nəfəs verib. Onu da deyim ki, komanda haqda nəsə demək mənə çətindir, çünki mən "Arsenala" borcluyam. Mən Premyer Liqaya Vengerə görə gəldim, məhz onun sayəsində püxtələşdim. Əminliklə deyirəm ki, o məni yaxşılardan etdi. Onun rəhbərliyi altında çıxış etdim və futbol aləmində tanındım".