2679
Fevralın 23-də Bakının “Azərreyl” komandası qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyununu keçirib. Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində İstanbulun “Fənərbağça” komandasını qəbul edib.
Rusiyalı baş hakim Aleksandr Pavlovun idarə etdiyi oyunda İstanbul təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Beləliklə, Bakı təmsilçisi ilk oyunda olduğu kimi bu dəfə də rəqibindən nə set, nə də xal ala bilib. Nəticədə “Fənərbaxça”nın pley-offa qrup birincisi kimi yüksəlməsi rəsmiləşib. Komandamız isə turnir cədvəlində yenə ikincidi.
Hesabında 15 xal olan “Fənərbağça” qrup lideridir və növbəti mərhələyə vəsiqəni ötən turda təmin edib. “Azərreyl” 9 xalla ikinci, Polşanın “Dabrova Qornitsa” klubu 6 xalla üçüncü pillədə yer alır. Fransanın “Sen-Rafael” komandasının isə xalı yoxdur.
Çempionlar Liqası
Qrup mərhələsi
C qrupu
23 fevral
“Azərreyl” (Azərbaycan) – “Fənərbaxça” - 0:3 (19:25, 16:25, 22:25)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Epaminondas Qerothoduros (Yunanıstan)
Bakı. “Azərreyl” Voleybol Mərkəzi
|
1. |
Fənərbaxça (Türkiyə) |
5 |
5 |
0 |
15-1 |
398-300 |
15 |
|
2. |
Azərreyl (Azərbaycan) |
5 |
3 |
2 |
6-8 |
358-368 |
9 |
|
3. |
Dabrova Qornitsa (Polşa) |
5 |
2 |
3 |
8-10 |
404-397 |
6 |
|
4. |
Sen-Rafael (Fransa) |
5 |
0 |
5 |
2-15 |
318-413 |
0 |