1840
"Lester"in rəhbərliyi komandanın baş məşqçisi Kladuo Ranyeri vəzifəsindən uzaqlaşdırıb. Bu barədə klubun rəsmi saytında məlumat verilib. Bildirilib ki, italiyalı çalışdırııcı ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Səbəb kimi isə komandanın cari mövsüm uğursuz çıxış etməsi göstərilib.
Qeyd edək ki, ötən mövsüm Kladuo Ranyerin rəhbərlik etdiyi "Lester" İngiltərə çempionu olub. Bu komandanın tarixinə bir ilk kimi həkk olunub. Amma bu mövsümdə Ranyerinin komandası çox zəif çıxış edir. Hətta İngiltərə Premyer Liqasını tərk etmək təhlükəsi ilə üzləşib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda isə Sevilya ilə üzləşən Lester 2:1 hesabı ilə məğlub olub. İngiltərənin son çempionu "Lester" isə İspaniya səfərindən məğlub qayıtsa da, tur şanslarını saxlayır.