24.02.2017 00:23
2090
2090
Azərbaycan idmançısı - “Qəbələ” İdman Klubunun təmsilçisi, MMA üzrə dünya və Asiya çempionu Nəriman Abbasov növbəti döyüşünü keçirib. İdmançımız MMA üzrə 59-cu beynəlxalq “Fight Nights Global” turnirində mübarizəni davam etdirib. 70,3 kq çəki dərəcəsində çıxış edən Abbasov bu mərhələdə Rusiya idmançısı Artur Zaynukovla qarşılaşıb. Üç raunddan ibarət görüşdə Nəriman Abbasov rinqdə rusiyalı idmançını tam xal üstünlüyü ilə məğlub edərək yarışın qalibi olub. Rusiyanın paytaxtı Moskvadakı “Ximki Arena”da təşkil olunan döyüş idmançımızın 19-cu sınağı olub. Rəqibinə qalib gələn təmsilçimiz 16-cı qələbəsini qazanıb. Bu, Nərimana turnirin kəməri uğrunda döyüşmək hüququ verib.