2111
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə 1/16 finalı uğurla adlayanlar 8 cütlük təşkil edəcək. Bu mərhələnin püşkü zamanı səbətlər olmayacaq. Həmçinin eyni ölkə təmsilçiləri və bir qrupda münasibətlərini müəyyənləşdirmiş komandalar artıq qarşılaşa bilər. Bir sözlə, Nyonda kor püşk atılacaq. Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları 16-da baş tutacaq.
Avropa Liqası
1/8 final
“Ayaks” (Hollandiya)
“Anderlext” (Belçika)
APOEL (Kipr)
“Beşiktaş” (Türkiyə)
“Selta” (İspaniya)
“Genk” (Belçika)
“Gent” (Belçika)
“Kopenhagen” (Danimarka)
“Krasnodar” (Rusiya)
“Lion” (Fransa)
“Mançester Yunayted” (İngiltərə)
“Borussiya” (M, Almaniya)
“Olimpiakos” (Yunanıstan)
“Roma” (İtaliya)
“Rostov” (Rusiya)
“Şalke” (Almaniya)