cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Niyaməddin Paşayev: "Taekvonduçularımıza güvənirik"

24.02.2017 10:29 Oxundu 2221

Azərbaycan Taekvondo Federasiyasının Milli komandalara nəzarət üzrə vitse-prezident Niyaməddin Paşayev "Bakı 2017" İslam Həmrəyliyi Oyunları saytına müsahibə verib. O müsahibəsində deyib: "Hazırda Taekvondo Federasiyası təlim məşq toplantısındadır. Taekvondo Federasiyası komandasını səkkiz qız və səkkiz oğlan təmsil edir. Ancaq ağır çəkili qızlardan iki nəfəri zədələndiyinə görə bir az tərəddüd edirik".

"İdmançılarımız həkim nəzarəti altında məşq edirlər. Gündə iki-üç dəfə məşq olur. Məşqlərimiz Taekvondo Federasiyasının inzibati binasında keçirilir və idmançılarımız Qafqaz oteldə qalırlar. İdmançılarımızın düzgün qidalanmağına ciddi şəkildə riayət edilir. Kişilərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust, qızlardan ibarət komandanın baş məşqçisi Elnur Salmanov və böyük məşqçi Rəşad Əhmədovdur. İslam Oyunlarına kimi bir neçə yarışda iştirak etməliyik və hal-hazırda onlara hazırlaşırıq. Taekvonduçularımıza güvənirik, çünki onlar güclü, əzmli və səbrlidir".

Paşa