cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

"Hər gün məşq etmək bir nömrəli məqsəd olmalıdır"

24.02.2017 10:42 Oxundu 2253

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının cüdo üzrə gümüş medalçısı 26 yaşlı Rüstəm Orucov idmançı səfiri olduğu "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatına hazırlığı barədə " Bakı 2017"nin rəsmi saytına müsahibə verib. O, Bakıda keçiriləcək Oyunlara çox ciddi hazırlaşdıqlarını vurğulayıb: "İslamiadadan əvvəl Avropa çempionatı var, ora da hazırlaşırıq. Lakin əsas məqsəd İslam Həmrəyliyi Oyunlarıdır. İnanıram ki, yaxşı olar".

Qeyd edək ki, Avropa çempionatı 20 - 23 apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək.

Rustem