24.02.2017 12:03
2119
2119
Klaudio Ranyerini baş məşqçi postundan uzaqlaşdıran "Lester"in rəhbərliyi onun yerinə məşqçi axtarışına çıxıb. Məlumatlara görə, namizədlər arasında Qus Hiddinkin və Ranyerinin köməkçisi Kreyq Şekspirin adları var. Qeyd edək ki, bir müddət əvvəl belə bir məlumat yayılmışdı ki, bu posta Roberto Mançini ən real namizəddir.
Bir daha xatırladaq ki, "Lester" 25 turdan sonra Premyer Liqanın turnir cədvəlində 17-ci pillədədir.