cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Almeyda: "Mən düşünmürəm ki, Ronaldo hər gün ət yeyir"

24.02.2017 12:33 Oxundu 2049

Argentina yığmasının sabiq yarımmüdafiəçisi Matias Almeyda (o, hazırda Meksikanın "Qvadalaxara" komandasına rəhbərlik edir) futbolçuların qidalanması ilə bağlı mülahizələrini bölüşüb. O bu məsələdə Argentina yığmasının sabiq oyunçusu Dieqo Maradonanı və Madrid "Real"ının hücumçusu Kriştianu Ronaldunu müqayisə edib: "Mən düşünmürəm ki, Ronaldo hər gün ət yeyir. O, yemək nöqteyi nəzərindən əla formadadır. Maradonaya gəldikdə isə o, həftədə üç dəfə məşq edib və dünyanın ən yaxşısı olaraq qalıb. Lakin bu dünyada yalnız bir nadir Maradona var. Əgər hamı özünü Maradonaya bənzədəcəksə, onda futbol aləmi şişman adamlarla dolu olar".