2146
"Mançester Yunayted"in baş məşqçisi Mourinyo "Lester"in baş məşqçisi Kladio Ranyerinin istefasına münasibət bildirib. Daha doğrusu, o həmkarına ürək-dirək verib. O deyib: "Ötən mövsümün İngiltərə çempionu və FİFA tərəfindən "İlin məşqçisi" elan olunmuş şəxs işindən uzaqlaşdırıldı. Müasir futbol belədir, Kaludio. Gülməkdə davam et, dost! Heç kim sənin yazdığın tarixi silə bilməz".
Qeyd edək ki, bəzi məlumatlara görə Ranyerinin baş məşqçi postundan uzaqlaşdırılmasının təşəbbüskarları "Lester"in oyunçuları olublar. Onlar iddia edirlər ki, Ranyerinin öz işinə münasibətini dəyişdirməsi komandanı fəlakətə sürükləyib.
Qeyd edək ki, Ranyerinin rəhbərliyi altında “Lester” 2015/2016 mövsümündə İngiltərə çempionu adını qazanıb. Premyer Liqanın cari mövsümündə isə komanda hazırda 17-ci pillədə qərarlaşıb.