cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Nyon​da Püşk atıldı və “Beşiktaş”ı“Olimpiakos”u ilə üz-üzə qoydu

24.02.2017 15:29 Oxundu 1842

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. 1/16 final mərhələsini adlayan komandalar 8 cütlük təşkil edib. Bu mərhələdən etibarən eyni ölkə təmsilçiləri və bir qrupdan çıxan komandalar üz-üzə gəlməsi də mümkündü. Çünki səbətlərin də olmadığı tədbirdə kor püşk atılıb. Yeri gəlmişkən, bu mərhələdə Belçika hamıdan çox – 3, Rusiya və Almaniya hərəyə 2 komanda ilə təmsil olunub. Hollandiya, Kipr, Türkiyə, İspaniya, Danimarka, Fransa, İngiltərə, İtaliya, Yunanıstan da Avropa Liqasında komandası olan 12 ölkə sırasındadı. Püşk qonşu Türkiyənin avrokuboklardakı son ümidi olan “Beşiktaş”ı Yunanıstan “Olimpiakos”u ilə üz-üzə qoyub. İstanbullular “Osmanlıspor”u mübarizədən kənarlaşdıran rəqibdən həmyerlilərinin revanşını almağa çalışacaq. “Qartallar” ilk matçı səfərdə keçirəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları 16-da baş tutacaq.

Avropa Liqası

1/8 final

“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya)

APOEL (Kipr) - “Anderlext” (Belçika)

“Şalke” (Almaniya) - “Borussiya” (M, Almaniya)

“Lion” (Fransa) - “Roma” (İtaliya)

“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)

“Olimpiakos” (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)

“Gent” (Belçika) - “Genk” (Belçika)

“Kopenhagen” (Danimarka) - “Ayaks” (Hollandiya)