cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Nazirliyin çempionatına yekun vuruldu

24.02.2017 15:45 Oxundu 1859

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN işçiləri həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə nazirliyin qurumları arasında keçirilən çoxnövçülük idmanı üzrə çempionata yekun vurulub. Respublika Olimpiya Mərkəzində təşkil olunan və iki gün davam edən çempionata 19 komandadan 80-ə yaxın idmançı qatılıb. Yüz və min metr məsafələrə qaçış, hündürlüyə, uzununa tullanma və nüvə itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında Dövlət Yanğından Mühafizə Xidmətinin, Gəncə Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin komandaları müvafiq olaraq ilk üç yeri tutublar.

Şəxsi göstəricilərə görə Elmir Əhədov (FHN-in Akademiyası), Ülvi Rəcəbli (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) və Səlahəddin Mehdiyev (Mülki Müdafiə Qoşunları) müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə sahib olublar.

Qaliblərin mükafatlandırılması mərasimində FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək budəfəki yarışlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb. O, martda stolüstü tennis üzrə çempionatın keçiriləcəyini qeyd edib.

Mükafatlandırma mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.FHN işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Mehman İsmayılovMehman İsmayılov qalib gələn idmançıları təbrik edib, onlara uğurlar arzulayıb.

Turnirin qalibləri diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.