cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Rahim Sterlinq Çempionlar Liqasın ən yaxşısı seçildi

24.02.2017 16:49 Oxundu 2037

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusunun adını elan edib. Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinq ən yaxşı oyunçu seçilib. O, səslərin 35 faizini toplayıb. “Bayer”lə səfər qarşılaşmasında 1 qol və 1 assistlə “Atletiko”nun 4:2 hesablı qələbəsində önəmli pay sahibi olan hücumçu Kevin Qameyro 28% səslə ikinci olub.“Yuventus”un hücumçusu Paulo Dibala “Porto” ilə (2:0) matçdakı çıxışına görə 19% səs toplayıbsa, “Sevilya” ilə səfər qarşılaşmasında “Lester”in (1:2) məğlubiyyətinə mane ola bilməsə də, 8 “seyv”lə yadda qalan Kasper Şmeyxel 4-cü yerdə (17%) qərarlaşıb.

Qeyd edək ki, R.Sterlinq “Monako” ilə (5:3) görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.