cümə axşamı, 15 yanvar 2026

GÜLƏŞ

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinə yekun vurulub

25.02.2017 06:56 Oxundu 2178

Bakı İdman Sarayında keçirilən gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak ediblər.

Yarışın birinci günündə sərbəst güləş üzrə 205 pəhləvan mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Əli Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Xabib Karaçayev (60 kq), Hacımurad Hacıyev (66 kq), Rəşad Yusifli (74 kq), Hacımurad Maqomedsaidov (84 kq), Asxab Həmzətov (96 kq) və Umar İsrailov (120 kq) hamıdan güclü olublar.

Turnirin ikinci günündə isə yunan-Roma güləşi üzrə 169 pəhləvan gücünü sınayıb. Bütün görüşləri qələbə ilə başa vuran Zülfüqar Əliyev (50 kq), Zaur Nuriyev (55 kq), Kamran Mirzəliyev (60 kq), Namaz Rüstəmov (66 kq), Ülvi Qənizadə (74 kq), Tuncay Vəzirzadə (84 kq), Nizami Şəmilov (96 kq) və Cavid Feyziyev (120 kq) qızıl medallara layiq görülüblər.

Bütün çəki dərəcələrində mükafatçılar sırasında düşə bilən idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə təltif olunublar. Medalçılar, həmçinin yığma komandanın heyətinə cəlb ediləcəklər.