çərşənbə, 29 aprel 2026

DÜNYA FUTBOLU

Günün sözü: "Futbolda dilə ehtiyac yoxdur"

25.02.2017 08:03 Oxundu 1921

Fransanın “Nitsa” klubunun futbolçusu Mario Balotellinin “Loryan”la oyunda hakimə söydüyü üçün qırmızı vərəqə alaraq meydanda qovulması onun meneceri Mina Rayolanı da özündən çıxarıb. O. italiyalı hücumçunun bu intizamsızlığının qarşısını almağın yolunu bildiyini deyib: “Qərarımı vermişəm. Onun dilini kəsəcəyəm. Onsuz da futbolda dilə ehtiyac yoxdur. O, böyük səhv etdiyini anlayır və deməyə sözü yoxdur”.
Qeyd edək ki, bu mövsüm 14 oyuna 9 qol vuran Balotelli 3 dəfə meydandan qovulub..