cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

"Bursaspor"un avtobusuna hücum olub

25.02.2017 11:17 Oxundu 1975

Milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" komandası Türkiyə superliqasının son turunda "Kasımpaşa" ilə oyundan qayıdarkən azarkeşlərin hücumuna məruz qalıb. Hadisə Yalovadakı Osmanqazi körpüsü yaxınlığında baş verib. Əllərində dəyənək olan bir qrup azarkeş səfərdən 0:4 hesablı məğlubiyyətlə qayıdan komandanın avtobusuna hücum ediblər. Avtobusun ön şüşəsini də qırıblar. İçəri daxil olan azarkeşlər futbolçularla əlbəyaxa olublar. Hətta azarkeşlər futbolçuları maşından yerə düşürüblər.Bu çəkişmə 5 dəqiqə davam edib. Bir neçə futbolçunun ciddi xəsarət aldığı bildirilir. Ən çox ciddi zərbə alan isə qapıçı Harun Təkin olub. Onun sifətində xəsarətin izləri qalıb. Olaydan sonra müvafiq orqanlara müraciət olunub. Məlumata görə, bəzi azarkeşlər gözaltına alınıblar.

Qeyd edək ki, cəzalı durumda olan Dəniz Yılmaz "Kasımpaşa" ilə oyunda iştirak etməyib.