cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Alleqri "Barselon"ya rəhbərlik edə bilər

25.02.2017 11:55 Oxundu 1972

Hazırda "Yuventus"un baş məşqçisi postunda çalışan Massimiliano Alleqri "Barselona"ya gətirilə bilər. Məlumata görə, klubun idman direktoru Ariedo Braydanın Alleqri ilə münasibətləri çox yaxşıdır. Belə ki, bu dostluq onlar "Milan"da birgə çalışarkən yaranıb. Brayda "Barselona" rəhbərliyini inandırmağa çalışır ki, Luis Enriko (Qeyd edək ki, L.Enrikenin hazırkı müqaviləsi bu yay başa çatır) postundan uzaqlaşdırılacağı təqdirdə klub 49 yaşlı Alleqriyə üstünlük verməlidir. Alleqri ilə "Arsenal" da maraqlanır.

Bəzi məlumatlara görə, "Barselona" baş məşqçisi Luis Enrikonunun yerinə Ronald Kuman ("Everton") və ya Maurisio Poçettinonu ("Tottenhem") gətirmək niyyətindədir. Onu da deyək ki, Alleqri müqaviləyə əsasən "Yuventus"da hələ il yarım fəaliyyət göstərəcək. Amma deyilənlərə görə, mövsümün sonunda onun klubu tərk edəcəyi istisna olunmur.