cümə axşamı, 15 yanvar 2026

GÜLƏŞ

Cəbrayıl Həsənov yığmaya kapitan təyin olunub

25.02.2017 12:34 Oxundu 3170

Cəbrayıl Həsənov sərbəst güləş üzrə böyüklərdən ibarət milli yığma komandaya kapitan təyin olunub. Bu barədə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandanın baş məqçisi Firdovsi Umudov saytımıza məlumat verib. Məşqçi Çəbrayıl Həsənovun ciddi nizam-intizamı ilə seçildiyini xususi vurğulayıb.

Cəbrayıl Həsənov 24 fevral 1990-cı ildə Astara rayonunun Suparıbağ kəndində dünyaya gəlib. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərən Cəbrayıl Həsənov 2003-cü ildən 2008-ci ilə qədər yeniyetmələr və gənclər arasında Avropa və Dünya birinciliklərinin mükafatçısı və qalibi olub. 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını sərbəst güləş ixtisası üzrə bitirib. 2009-ci ildə Litvanın Vilnüs şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. 2010-cu ildə Bakıda Avropa çempionatının qızıl mükafatçısı olub. 2010-cu ildə Rusiyanın Moskva şəhərində keçirilən dünya çempionatında bürünc medala layiq görülüb. 2011-ci ildə Almaniyanın Dortmund şəhərində Avropa çempionatında ikiqat Avropa çempionu adını qazanıb. Həmin ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində Dünya çempionatının bürünc mükafatçısı olub. "London - 2012" Yay Olimpiadasına lisenziya əldə edib.2015 -ci ildə I Avropa Oyunlarında 74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Kiril Terziyevi məğlub edib. I Avropa Oyunlarının medalçılar sırasına daxil olub.

Azərbaycan Respublikası Prezdidentinin Sərancamı ilə 2015-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib. 2016-cü il Yay Olimpiya oyunlarında sərbəst güləşi üzrə 74 kq çəki dərəcəsində bürünc medal qazanıb.