25.02.2017 18:15
2478
2478
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının 1-ci liqasında yarışa yekun vurulub. 3-cü yer uğrunda mübarizə aparan “Azərreyl” və “Qax” qarşılaşmasında paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gələrək bürünc medallara yiyələnib. Çempionluq uğrunda oyunda isə “Xətai” və “Gəncə” üz-üzə gəlib. Qalib tay-brekdə müəyyənləşib. Bakılılar 3:2 hesablı qələbə ilə 1-ci yerə sahib çıxıb.