cümə axşamı, 15 yanvar 2026

ŞAHMAT

Şəhriyar Məmmədyarov yenə heç-heçəyə razılaşıb

25.02.2017 22:18 Oxundu 2323

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. Bu gün baş tutan VII turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Yan Nepominyaşi ilə 14-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticə ilə aktivindəki xalları 4.5-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub. Belə ki, hesabat turunda qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrev də Yakovenko ilə heç-heçə etdiyindən ilk pillədə heç bir dəyişiklik olmayıb.

Qeyd edək ki, FİDE-nin Qran-pri turnirinin altıncı turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya nümayəndəsi Dmitri Yakovenko ilə heç-heçə oynayıb. Bu görüşdə qara fiqurlarla oynayan qrossmeysterimiz 13-cü gedişdə heç-heçə təklifinə razılaşıb.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq turnir fevralın 27-də başa çatacaq.